Gündəm Özəl

“Korrupsiya və rüşvətin kökünün kəsilməsi üçün kompleks tədbirlər həyata keçirilməlidir” — Oqtay Qasımov

“Korrupsiya və rüşvətin kökünün kəsilməsi üçün kompleks tədbirlər həyata keçirilməlidir” — Oqtay Qasımov

“Naxçıvanda son baş verənlər Azərbaycan cəmiyyətinin ciddi şəkildə diqqətini cəlb etdi. Bir neçə məqam vardır ki, bunlar qeyd olunmalıdır. İlk olaraq onu qeyd etmək lazımdır kİ, Naxçıvanda aparılan yoxlamalar zamanı məlum oldu ki, bir sıra dövlət qurumları və nazirliklərdə ciddi şəkildə korrupsiya və rüşvət halları mövcuddur. Bununla bağlı həbslər həyata keçirilir. Eyni zamanda buna paralel olaraq Naxçıvanda idarəçiliyin sadələşdirilməsi, onların operativ və çevik hala gətirilməsi üçün müəyyən islahatlar həyata keçirildi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. Politoloq vurğulayıb ki, Dövlət Təhlükəsizlik Xidmətinin, eləcə də Dövlət Gömrük Komitəsinin Naxçıvandakı müvafiq xidmətlərinin statusu endirilərək baş idarəyə çevrildilər.

“Təbii ki, bu müsbət bir haldır. Naxçıvanda bütün qurumlar həm sadələşməlidir, həm çevik idarəçilik mexanizminə malik olmalıdır. Bunun da ən doğru yolu birbaşa Bakıdan nəzarətin həyata keçirilməsi və operativ idarəçiliyin təmin olunmasıdır. O ki qaldı orada rüşvət və korrupsiya ittihamı ilə həbs olunan insanlara, hər halda istintaq aparaılır. Bu cinayət əməlləri tam şəkildə sübuta yetiriləndən sonra edilən cinayətin müvafiq cəzası da tətbiq olunacaq. Bir çox bu cür həbslər aparılıb. İslahatların məmurlara nə dərəcədə təsiri olacağı ilə bağlı fikir söyləmək çətindir. Bu tipli məsələlər insanlarda müəyyən refleks yaradır və müəyyən təsiri də ola bilir. Ümumən hesab edirəm ki, korrupsiya və rüşvətin kökünün kəsilməsi üçün kompleks tədbirlər həyata keçirilməlidir. Bu kompleks tədbirlər həyata keçirləndən sonra məncə, bu məsələlər daha effektli şəkildə təsir göstərə bilər”.

Aynurə Demokrat.az

NE
Nihadə Eyyubova