“Son baş verən aksiya Azərbaycan xalqının, Azərbaycan gəncliyinin, Azərbaycan vətəndaşlarının nə qədər vətənpərvər və dövlətə bağlı olduğunu göstərir. Deyərdim ki, bu gün bütün Azərbaycan xalqı o aksiyada iştirak etməyə hazırdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Deputat qeyd edib ki, bu gün bizim vətəndaşlarımızın hər biri böyük məmnuniyyətlə bu aksiyada iştirak etmək istəyir: “Bu aksiya birmənalı olaraq xalqımızın birliyini, həmrəyliyini, ölkə rəhbəri ətrafında sıx yumruq kimi birləşdiyini birmənalı olaraq göstərdi. Biz bu aksiyaya “xalqın birliyi aksiyası” deyə bilərik. Biz növbədə dəfə Ermənistana göstərdik ki, onlar kimə arxayın olmalarından, kimə güvənmələrindən asılı olmayaraq Azərbaycan xalqının qarşısında dura bilməyəcək. Azərbaycan xalqı öz torpaqlarının müdafiəsi, öz haqlarının təmin olunması, separatizmin qarşısının alınmnası üşün hər bir addıma hazırdır. Biz artıq xalqımızın nə qədər monolit bir həmrəy, dövlətçilik qarşısında səfərbər olduğunu növbəti dəfə gördük. Həqiqətən də, çox qürurverici və sevindiricidir. Çox fəxr edirəm ki, vətəndaşlarımız, ictimai fəallarımız, vətəndaş hərəkatının ekologiya sahəsində çalışan təşkilatlarımız belə bir fəal mövqe nümayiş etdirirlər, belə bir yanaşmanı sərgiləyirlər. Ermənilər anlamalıdırlar ki, Azərbaycan xalqı hər zaman həmrəy olacaq, ölkə rəhbəri ətrafında birləşəcək və sona kimi də öz hüquqlarının təmin olunması üçün çalışacaqlar. Buna heç kimin şübhəsi olmasın. Biz güclüyük, güclü olacağıq! Sona kimi də hüquqlarımızın müdafiə olunması üçün hər birimiz səylə çalışacağıq. Ermənilər buna əmin olsunlar”.