Sosial

Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi qalib gənclə görüşdü — FOTO

Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi qalib gənclə görüşdü — FOTO

13 dekabr 2022-ci il tarixdə Salyan rayon Gənclər və İdman İdarəsində "Əziz Şuşa, sən azadsan!" respublika inşa müsabiqəsində II yeri qazanmış və Salyan rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi inşa müsabiqələrində fəal iştirak etmiş Salyan şəhər 8 saylı tam orta məktəbin şagirdi Salmanlı Lalə Şamil qızı ilə görüş keçirilmişdir.

Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov qalibi təbrik etdi və bildirdi ki, hazırda ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü gənclər siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Salyan gəncləri də bütün sahələrdə fəallığı ilə seçilir və istər ölkə daxili , istərsə də ölkədən kənarda layiqincə təmsil olunurlar.

Sonda Lalə Salmanlı Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov tərəfindən Salyan rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanı ilə təltif edildi.

Gəncimizi təbrik edir və uğurlarının davamlı olmasını arzulayırıq.

Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi qalib gənclə görüşdü — FOTO

NE
Nihadə Eyyubova