Gündəm Özəl

"İranın bütün cəhdləri başında çatlayır"— Deputat

İranın bütün cəhdləri başında çatlayır— Deputat

“İran müxtəlif yollarla Azərbaycanın daxilində siyasi sabitliyi pozmağa və daxildən zəiflətməyə çalışır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili mühüm faktlar barəsində danışıb:

“İranın xüsusi xidmət orqanları sosial şəbəkələrdən istifadə etməklə, azərbaycanlılara müraciətlər edir. Belə ki, xüsusi təlim keçmiş radikal ünsürlərdən istifadə etməklə Azərbaycanda islam dövlətinin yaradacaqları ilə bağlı ideoloji iş aparmağına çalışırlar. Həm də müxtəlif üsullardan istifadə etməklə, Azərbaycan-Türkiyə qardaşlığını pozmağına yönəlmiş gizli təbliğat aparmağına cəhd göstərirlər. Təbii ki, Azərbaycanın Dövlət Təhlükəsizliyinin əməkdaşları belə ünsürlərin müəyyən edərək ifşa olunması üçün gecə-gündüz çalışırlar. Amma, onu da qeyd etmək istəyirəm ki, Azərbaycanda din dövlətdən ayrıdır və hər kəsin etiqad azadlığı təmin olunmuşdur. Azərbaycanda qurulub inkişaf edən dünyəvi dövlətimiz bütün xalqın istəyinə uyğundur. Burada sual yaranır ki, İslam dövləti qurmuş İran nəyə nail olub? Bu sualın cavabı birdir. Edamlar, söz azadlığına qadağa, qadınları köləlikdə saxlamaq və əxlaq polisləri vasitəsilə rejimin saxlanılmasına insanları məcbur etmək. Son aylar İranın daxilində baş verən və günü -gündən dərinləşən hadisələr də İslam hökumətinə və rejimə qarşıdır. Azərbaycan xalqı İran rejimindən fərqli olaraq geriyə qayıtmaq yox, ancaq irəlliyə, tərəqqiyə və inkişafa doğru gedir. Hesab edirəm ki, Azərbaycanda daxili sabitliyi pozmağına yönəlmiş İranın bütün cəhdləri özlərinin başında çatlayır və rejimin dağılmasına aparır”.

Aynurə Demokrat.az

NE
Nihadə Eyyubova