İncəsənət

Xalq artisti reanimasiyadan çıxdı

Xalq artisti reanimasiyadan çıxdı

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Xalq artisti Aftandil İsrafilov reanimasiyadan çıxıb.

Demokrat.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Xalq artistinin xanımı Zemfira İsrafilova məlumat yayıb:

"Çox şükür, səhhəti yavaş-yavaş düzəlir. Reanimasiya şöbəsindən palataya köçürülüb. Müalicələri davam edir, asta-asta danışır. Hələ ki, çoxlu yatır".

Qeyd edək ki, Aftandil İsrafilovun 81 yaşı var.

D
demokrat.az