Kriminal

Bakıda 15 minlik qızıl OĞURLANDI

Bakıda 15 minlik qızıl OĞURLANDI

Dekabrın 6-na keçən gecə Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evlərin birindən 15.000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Elçin Babayev müəyyən olunaraq saxlanılıb.

Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.

D
demokrat.az