Dünya Özəl

ABŞ Ukraynadakı qoşunların sayını artıracaq

ABŞ Ukraynadakı qoşunların sayını artıracaq

ABŞsilah tədarükünə nəzarəti gücləndirmək üçünUkraynadakıhərbçilərinin sayını artırmağı planlaşdırır.

Demokrat.az bildirir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Qeyd olunur ki, hazırda Ukraynada xeyli sayda amerikalı hərbi qulluqçu var.

ABŞ müdafiə naziri Lloyd Ostin və digər hərbi liderlər Ukraynada nəzarət missiyasını genişləndirmək niyyətindədirlər:

"Hərbi liderlər Ukraynaya hava hücumundan müdafiə, pilotsuz uçuş aparatları da daxil olmaqla, kritik silah sistemlərindən istifadə etməyə kömək edəcək mütəxəssislərin ölkədə olmasını təmin etmək istəyirlər” - məlumatda deyilir.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova