Gündəm Özəl

“Moskvadan gələn Mərkəzi komitənin işçisi demişdi ki, Heydər Əliyev həqiqətən xalq atasıdır” — Deputat

“Moskvadan gələn Mərkəzi komitənin işçisi demişdi ki, Heydər Əliyev həqiqətən xalq atasıdır” — Deputat

“Bəşəriyyətin tarixində elə insanlar var ki, onlar yüz illərlə, min illərlə insanların, sivilizasiyanın yaddaşında qalacaq. İstər ölkəsində, istərsə də dünyanın bir çox ölkəsində həmin insanlar daim tanınır və yada salınır. Yadımdadır ki, Kiyev Universitetində oxuyanda minlərlə gənc Afrikadan, Asiyadan və dünyanın başqa ölkələrindən ora oxumağa gəlirdi. Onlar o zaman ulu öndər barəsində çox maraqlı məlumatlar toplayırdılar, analiz edirdilər. Çünki postsovet məkanında bir azərbaycanlı olaraq bu insanın ən yüksək vəzifələrə nail olmasını hər kəs maraqla qarşılayırdı. Ulu öndər Heydər Əliyev barəsində aylarla danışmaq olar. Onun tarixdə yeri, rolu, atdığı addımlar, verdiyi qərarlar, həyata keçirdiyi siyasət istər ölkələr miqyasında, istərsə də dünya miqyasında çox maraqla qarşılanıb”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib. O, Heydər Əliyev haqqında maraqlı faktlar danışıb: “Ulu Öndər Nazirlər Sovetinin sədrinin birinci müavini olduğu zaman iclasda iştirak etməli idi. İclasdan öncə soruşdu ki, idmançılar üçün idman kostyumları tikilibdirmi? Dedilər ki, bəli tikilib, amma biz bir problemlə üzləşmişik. Ulu öndər soruşdu ki, nə problemdir, dedilər bəs onların sinəsində və arxasında rus dilində "CCCP" sözü olmalıdır, onu isə biz xüsusi naxışla Finlandiyada etdiririk. Ona görə ki, Finlandiyada bu işi yaxşı bilirlər və bunun sapları, keyfiyyəti, rəngi orada daha yaxşıdır. Heydər Əliyev dedi ki, necə yəni biz bu boyda böyük, nəhəng ölkəyik, biz bunu Finlandiyada, kapitalist ölkəsində tikdiririk? Dərhal tapşırıq verdi ki, həmin saplardan SSRİ-yə də gətirilsin və onların istehsalına başlansın. O toxunmada məhz SSRİ də həyata keçirilsin. Bu, çox maraqlı faktdır. Bu, onu göstərir ki, bu insanın düşüncəsi dövlət səviyyəsində ən yüksək səviyyədə idi. Digər maraqlı fakt da var. SSRİ də o vaxtı Tıva şəhəri var idi. Ulu öndərin də ora rəsmi səfəri var idi. Bir çox nazirlər, hökumət adamları, yerli rəhbərlik hava limanında onu qarşılayır. Ulu öndər maşına oturanda deyir ki, sürün qəbiristanlığına. Yəni, Sovet hökumətinin 3-cü və ya 4-cü insanı gəlib, hər şey təşkil olunub, tədbir keçirilməlidir və tədbirə bir saat yarım boş vaxt var və "qəbiristanlığa sürün" deyir. Qəbirstanlığa gedir və orada gəzməyə başlayır. Gəzəndə oradakı nazirlərə, birinci katiblərə deyir ki, baxın görün nə qədər cavan insanlar həlak olubdur. Bunların cavan yaşında dünyasının dəyişməsinin izahını verir. Burada nə problemlər var? Bu barədə mənə tezliklə arayış təqdim edin. Mən bu məsələni qaldıracam. Həmin iclasın iştirakçıları deyir ki, real məlumat almaq üçün görün hara sürdürür. Hansı suallar qoyur, hansı analizlər edir. Sonda Moskvadan gələn Mərkəzi komitənin işçisi demişdi ki, Heydər Əliyev həqiqətən xalq atasıdır. Ulu Öndər barəsində dediyim kimi çox danışmaq olar. Mən bu faktlarla təxminən iki həftə əvvəl tanış oldum. Özümə borc bildim ki, bu faktı insanlarla bölüşüm. İnsanın dahiliyi barəsində görün kimlər danışırdı. Bundan 100 ildə keçsə də, ulu öndərin təfəkkürü, seçdiyi addımı, siyasəti, idarəetməsi və s. bunlar hələ öyrənilməlidir. Hesab edirəm ki, bunları özümüzə örnək bilməyik”.

Nəzrin Demokrat.az

NE
Nihadə Eyyubova