Gündəm

Azərbaycanlı aktivist Rusiyanın vətəndaş cəmiyyətlərinə çağırış edib

Azərbaycanlı aktivist Rusiyanın vətəndaş cəmiyyətlərinə çağırış edib

İctimai fəal: "İmperialist düşüncədən əl çəkin, hakimiyyətinizə təzyiq edin..."

İctimai fəal Niyaz Niftiyev: “İki il əvvəl şaxtalıhavadaŞuşaqalasını düşməndən geri alan gənc əsgərlərimizin ataları, analarıyıq”.

“Şaxtalıhava, digər məhrumiyyətlər iradəmizi sarsıda bilməz. “Sülhməramlı” adı altında erməni separatizminə dəstək verənRusiyasilahlılarının komandanı Volkov etirazımızı şəxsən dinləməyənə qədər aksiyamız davam edəcək”.

Bu sözləri bu axşam Xankəndi-ErmənistanyolundaRusiyasülhməramlılarının özbaşınalıqlarına vəAzərbaycanın təbii resurslarının qanunsuz istismarına etiraz edən aktivistlərdən biri, jurnalist və ictimai fəal Niyaz Niftiyev PİA.az-a açıqlamasında deyib.

Xankəndi-Ermənistanyolundakı hazırki durumla bağlı PİA.az-ın sorğusuna cavab verən müsahibimiz bildirib ki,havaşaxtalıdır, QHT və media nümayəndələri açıqhavada qalanmış ocaqla qızınırlar: “Hazırda burdahavaşaxtalıdır. Bəziləri xəstələniblər də. Lakin iradəmizi, əzmimizi nəinki şaxta, separatizmə dəstək verənlərin odlu silahı belə, qıra bilməyəcək. İki il əvvəl şaxtalıhavadaŞuşaqalasını düşməndən geri alan gənc əsgərlərimizin ataları, analarıyıq. O ruhu həmin əsgərə başda Müzəffər Ali Baş Komandan olmaqla, biz aşılamışdıq. İndi də o ruhun sahibləri olaraq, ata yurdumuzda ekoloji talanın qarşısını almaq üçün dinc mübarizə aparırıq”, deyə aktivist bildirib.

Niyaz Niftiyev həmçininRusiyanın vətəndaş cəmiyyətlərinə də çağırış edib:

“Biz bu mübarizədən geri çəkilən deyilik.Rusiyahəqiqətən bizə dostdursa, dost olduğu ölkənin vətəndaş cəmiyyətinə hörmətsizlik göstərməməlidir. Bundan əlavə, silahsız, sursatsız, yalnız beynəlxalq hüququn normaları ilə silahlanmış mülki cəmiyyət təmsilçilərinə qarşı bu cür davranış, əslində, tərəqqipərvər bəşəriyyətinRusiyabarədə neqativ düşüncələrini əlavə material vermiş olur.Rusiyanın ağıllı adamlarını - mülki cəmiyyət institutlarını imperialist təfəkkürdən əl çəkməyə, dinc, rifahlı gələcək naminə hakimiyyətlərinə təzyiq göstərməyə çağırırıq”.

Azərbaycanlı aktivist Rusiyanın vətəndaş cəmiyyətlərinə çağırış edib

NE
Nihadə Eyyubova