Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Naxçıvan Baş Gömrük İdarəsininrəhbər heyəti dahi şəxsiyyətin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Ardınca Naxçıvan Baş Gömrük İdarəsində Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirə açılış nitqi ilə başlayanNaxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Vüqar ƏliyevHeydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb.
Çıxış edən digər natiqlərAzərbaycanın hərtərəfli tərəqqisi yolunda xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən ulu öndər Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən söz açıblar.
Sonda Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən filmə baxış keçirilib. 



