Sosial

Qaxda kəklikotulu çaydan zəhərlənən bir ailənin beş üzvünün vəziyyəti ilə bağlı AÇIQLAMA

Qaxda kəklikotulu çaydan zəhərlənən bir ailənin beş üzvünün vəziyyəti ilə bağlı AÇIQLAMA

Qaxda bir ailənin beş üzvünün kəklikotulu çaydan zəhərlənməsi ilə bağlı onları müalicə edən həkim açıqlama verib.

Həkim-revmatoloq Naira Papiaşvili bildirib ki, kəklikotulu çaydan zəhərlənmə faktıonun rastına gələn ilk hadisədir:

“Dünən axşam saatlarında xəstəxananın təcili yardım şöbəsinəailə üzvləri iksiazyaşlı olmaqla (5 və 7 yaşlı), ana, ata və nənə daxil olublar. Ailə üzvlərinin sözlərinə görə, onlar kəklikotulu çayı qəbul etdikdən sonra vəziyyətləri pisləşib. Yəqin ki, otun içinə başqa bitki qarışıb və zəhərlənmə verib.Xəstələrə lazımı yardım göstərilərilib və evə göndəriliblər”.

Daha ətraflı Baku TV-nin süjetində:

NE
Nihadə Eyyubova