İtaliyada silahlı basqın hadisəsi baş verib.
Demokrat az İHA ya istinadla xəbər verir ki, basqın nəticəsində paytaxt Romada 3 nəfər öldürülüb, 4nəfər yaralanıb. Belə ki, bina sakinlərinin yığıncağına basqın edən 57 yaşlı naməlum şəxs odlu silahdan atəş açıb. Atəş zamanı 3 nəfər hadisə yerində ölüb, 4 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.
Hadisə şahidlərinin İtaliya mediasına verdiyi məlumata görə, əvvəlcə qatil otağa gəlib qapını bağlayıb. Daha sonra hamını öldürəcəyini deyərək atəş açmağa başlayıb.
Məlumata görə, hücum edən şəxsin mənzil sakinlərinin yaratdığı birliklə fikir ayrılıqları olub və o bu addıma əl atıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Hadisəylə bağlı İtalyanın Baş naziri Giorgiya Meloni həlak olanların ailələrinə başsağlığı verib. Hətta ölən qadınlardan birinin Nikoletta Qolisanonun onun rəfiqəsi olduğunu aciqlayib.
Arzu Demokrat.az


