Siyasət Özəl

“Cənubi Qafqazda çox ciddi soyuq savaş gedir” — ŞƏRH

“Cənubi Qafqazda çox ciddi soyuq savaş gedir” — ŞƏRH

“Cənubi Qafqaz uğrunda biz kollektiv Qərblə və ABŞ başda olmaqla, Avropa İttifaqı, Rusiya maraqlarının toqquşduğunu görürük. Burada həmçinin İranın da maraqları var. Türkiyə onsuz İkinci Qarabağ müharibəsindən sonra öz geosiyasi mövqeyini gücləndirib. Fransanın biz Ermənistanla əlaqələrini birbaşa Cənubi Qafqazda sülhə mane olduğunu görürük. Rusiyada burada separatizmə dəstək verməklə regionda sülhün əldə olunmasına qarşıdır. Yalnız Türkiyə və ABŞ sülh müqaviləsinin bağlanmasında maraqldır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloqun sözlərinə görə, onlar regionda iqtisadi və siyasi inteqrasiyasının formalaşmasında Azərbaycanın təklif etdiyi bütün siyasi təkliflərini qəbul edib.

“Cənubi Qafqazda çox ciddi soyuq savaş gedir” — ŞƏRH
“Bu istiqamətdə düşünürəm ki, hələ diplomatik savaş davam edəcək, çox ciddi soyuq savaş Cənubi Qafqazda gedir. Rusiya bir tərəfdən, İran bir tərəfdən maraqlıdır. Amma düşünürəm ki, burada Azərbaycana dəstək verən, Azərbaycanın mövqelərini bölüşən tərəf Cənubi Qafqazda qalib gələcək. Xüsusilə burada əgər kollektiv Qərb ABŞ başda olmaqla Ermənistanı sülhə təşviq edərsə, Azərbaycanla sülh müqaviləsi bağlamasına çalışarsa, əlbəttə ki, Qərb burada maraqları qalib olacaq. Rusiya da əgər praqmatik mövqe ortaya qoyub, Ermənistana ciddi təzyiq edib, Azərbaycanla sülh müqaviləsini bağlatdırarsa, əlbəttə ki, Rusiyanın regionda maraqları daha da güclənəcək. Bütün proseslər Ermənistan-Azərbaycan arasında hansı ölkənin sülh prosesində oynayacağı roldan asılıdır. Biz hələ ki, tərəflər arasında mübarizə getdiyini görürük. Hələ heç bir tərəf bu istiqamətdə qalib deyil. Müəyyən qədər Rusiyanın bölgədə hərbi gücü, hərbi bazası var. Ona görə də, bir qədər Rusiyanın mövqeyi var. Amma siyasi diplomatik aspektdə əlbəttə ki, Qərbin mövqeləri daha da güclüdür. Bu məsələdə də Ermənistan hakimiyyətinin siyasi iradəsindən çox şey asıldıır. Əgər Ermənistan hakimiyyəti siyasi iradə göstərsə, Qərblə uzlaşsa, əlbəttə ki, Azərbaycanla sülh müqaviləsi bağlasa, Qərbin mövqeyi güclənəcək. Əgər proseslər hər hansı sülh müqaviləsinə getməyəcəksə, əlbəttə ki, regionda hərbi eskalasiyanın baş verməsi labüddür. Bu, gözləniləndir. Əgər bu baş verərəsə, əlbəttə ki, Azərbaycan mövqeyi güclənməklə, Türkiyənin regionda mövqeyi güclənəcək. Həmçinin, bu məsələdə ABŞ da Azərbaycana dəstək verəcək. Qərb bu məsələdə daha da praqmatik addımlar atıb, xüsusilə ABŞ Cənubi Qafqazda mövqeyini qoruya bilər”.

Nəzrin Demokrat.az

D
demokrat.az