Gündəm

Fransanın Azərbaycandakı səfiri: “Zəngilan bərpa olunacaq” — FOTO

Fransanın Azərbaycandakı səfiri: “Zəngilan bərpa olunacaq” — FOTO

Bu gün Azərbaycanda akkreditə olunmuş diplomatlar və hərbi attaşelər Zəngilan rayonunun Ağalı kəndindəki pilot məktəbdəki şəraitlə tanış olublar.

Zəngilana səfər edənlər arasında Fransanın Azərbaycandakı səfiri Ann Buayon da olub.

O səfər təəssüratları barədə öz “Twitter” səhifəsində yazıb:

“Ağalı kəndində səfər zamanı pilot məktəbə baş çəkdik. Zəngilan şəhəri bərpa olunacaq. İşlər artıq başlayıb”.

NE
Nihadə Eyyubova