Gündəm Özəl

“Son illər ərzində görülmüş işlərin nəticəsi olaraq FHN-nin əməkdaşlarının peşəkarlığı artırılır” — Deputat

“Son illər ərzində görülmüş işlərin nəticəsi olaraq FHN-nin əməkdaşlarının peşəkarlığı artırılır” — Deputat

“Azərbaycan prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca, insanların rahatlığını və məmnunluğunu əhatə etməklə yanaşı, eyni zamanda insanların həyat və sağlamlığının qorunması mühümdür. Bu baxımdan dövlətə məxsus obyektlərin səmərəli və keyfiyyətli mühafizəsini təmin etmək məqsədilə dövlət qurumlarınınn maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmaqdadır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Deputat əlavə edib ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərdən sonra işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın həyata keçirilməsi məqsədilə artıq Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən işğaldan azad olunmuş ərailərimizə Böyük Qayıdışa dair “Birinci dövlət proqramı” təsdiqlənmiş və bunun tərkib hissəsi olaraq da burada böyük yenidən qurma və bərpa işləri aparılır.

“Bütün bunlarla yanaşı eyni zamanda insanların həyat və sağlamlığının mühafizəsi, qorunması və ən yüksək səviyyədə onlara xidmətlərin göstərilməsi məqsədilə dekabr ayının 9-da Fövqəladə Hallar Nazirliyi tərəfindən, o cümldəən icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə istifadə etmək üçün müxtəlif xüsusi təyinatlı texnikalar alınmışdır. Burada yanğından mühafizə texnikaları, mina təmizləmə texnikaları, o cümlədən təcili tibbi yardım avtomobilləri və digər təyinatlı texnikalar alınmışdır. Prezident Cənab İlham Əliyev dekabr ayının 9-da alınmış yeni texnikaların təqdimat mərasimdə iştirak etmişdir. Əlbəttə ki, son illər ərzində həmin müasir texnikaların alınması, maddi texniki bazanın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmaqdadır. Fövqəladə Hallar Nazirliyinin peşəkar fəaliyyəti nəticəsində biz görürük ki, yanğınlar zamanı və digər işlərdə onlar peşəkarcasına öz fəaliyyətlərini həyata keçirdirlər. Eyni zamanda elə onu da qeyd etmək lazımdır ki, 2021-ci ilin yay aylarında qardaş Türkiyədə də baş verən çoxsaylı yanğınların söndürülməsində FHN-nin peşəkar komandası yaxından iştirak etdilər və yanğınların söndürülməsində öz peşəkar fəaliyyətlərini həyata keçirdilər. Bir sözlə, son illər ərzində görülmüş işlərin nəticəsi olaraq əməkdaşların peşəkarlığının artırılması, ən müasir texnikalarla onların təchizatı, bütün bunlar əlbəttə ki, vətəndaşlarımızın və bizə qardaş olan ölkələrin lazım olduqda yardımlarına çatmaq məqsədilə həyata keçirilən tədbirlərin, xidmətlərin göstərilməsi ən yüksək səviyyədə həyata keçirilməkdədir”.

Aynurə Demokrat.az

NE
Nihadə Eyyubova