İdman

Portuqaliya Mərakeşə, Fransa İngiltərəyə qarşı

Portuqaliya Mərakeşə, Fransa İngiltərəyə qarşı

Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/4 final mərhələsinə yekun vurulacaq.

Demokrat.az xəbər verir ki, günün ilk matçında Portuqaliya millisi Mərakeşlə oynayacaq.

“Əl Tumama” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Matçı argentinalı FIFA referisi Fakundo Telyo idarə edəcək.

Digər oyunda İngiltərə və Fransa yığmaları üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. “Əl Bayt” stadionunda reallaşacaq görüşün baş hakimi braziliyalı Uilton Sampayo olacaq.

D
demokrat.az