İdman Özəl

Parataekvondoçularımız Qran-prinin final seriyasında 2 qızıl medal qazandı — FOTOLAR

Parataekvondoçularımız Qran-prinin final seriyasında 2 qızıl medal qazandı — FOTOLAR

Azərbaycanın Parataekvondo üzrə yığma komandası ili uğurlu çıxışla başa vurur.

Demokrat.az-ın xəbərinə görə, bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən Qran-pri turnirinin final seriyasında idmançılarımız 2 qızıl medal qazanıb.

Yığmamızın perspektivli parataekvondçularından Sabir Zeynalov (K-44, - 58 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər qızıl medala millimizin heyətində İmaməddin Xəlilov (K-44, 70 kq) sahib çıxıb.

Yarış "G-10" kateqoriyalı olduğundan, parataekvondoçularımız öz reytinqlərinə 100 xal əlavə etməyi bacarıblar.

Qeyd edək ki, komanda Qran-pri yarışına baş məşqçi Fərid Tağızadənin rəhbərliyi ilə üç idmançı ilə qatılıb. Bunlar Sabir Zeynalov (58 kq, K-44), İmaməddin Xəlilov (70 kq, K-44) və Əbülfəz Abuzərlidir. (80 kq, K-44).

Parataekvondoçularımız Qran-prinin final seriyasında 2 qızıl medal qazandı — FOTOLAR
Parataekvondoçularımız Qran-prinin final seriyasında 2 qızıl medal qazandı — FOTOLAR
Parataekvondoçularımız Qran-prinin final seriyasında 2 qızıl medal qazandı — FOTOLAR
Zamiq Demokrat.az

D
demokrat.az