Sosial Özəl

“Şuşanın 270 anı” filmi növbəti dəfə şagirdlərə təqdim olundu — FOTOLAR

Bakı şəhəri 81 saylı tam orta məktəbin təşkilatçılığı ilə "Şuşanın 270 anı" bədii sənədli filmi nümayiş olunub.

Demokrat.az xəbər verir ki, tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, "Cəmiyyətin və Medianın İnkişafı" ictimai birliyinin sədri, layihə rəhbəri Lalə Azərtaş, Sabunçu rayon Ağsaqqallar Şurasının sədri, şair Vəli Səfərov, Vətən müharibəsi iştirakçıları, məktəbin şagird və müəllim heyəti iştirak ediblər.

Qonaqlar şagirdlərin çəkdiyi rəsm əsərləri və əl işlərindən ibarət sərgiyə baxış keçirdikdən sonra tədbir açıq elan edilib.

Açılış edən məktəbin direktoru Mehriban Əlizadə qonaqları salamlayaraq tədbirin əhəmiyyəti barədə məlumat verib .

Daha sonra L.Azərtaş "Şuşanı tanıyaq, tanıdaq" layihəsi çərçivəsində lentə alınan "Şuşanın 270 anı" bədii - sənədli film haqda tədbir iştirakçılarına qısaca məlumat verib.

Rəna Fərəcova isə öz çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin 2022-ci ili Azərbaycanın mədəniyyət paytaxtına həsr olunan " Şuşa ili" elan etməsi mütərəqqi bir addımdır. O, tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Belə tədbirlərin gənc nəsildə vətənpərvərlik hisslərinin aşılanmasında mühüm töhfə verdiyini əlavə edib.

Tədbirdə çıxış edən Sabunçu rayon Ağsaqqallar şurasının sədri Vəli Səfərov bu tip tədbirlərin mədəniyyət paytaxtı Şuşanın irsinin təbliğinə yönəldiyini bildirib. Şair daha sonra çıxışını müəllifi olduğu "Dəmir yumruq" və "Şuşa" şeirlərini səsləndirərək yekunlaşdırıb.

Sonra " Şuşanın 270 anı" bədii sənədli filmi qonaqların ixtiyarına verilib.

Tədbir məktəb şagirdlərinin böyük Zəfərə həsr olunmuş şeir və mahnıları ilə yekunlaşıb

Arzu Demokrat.az

D
demokrat.az