Region

“Ağlımızı itirməmişik, bilirik nüvə silahı nə olan şeydir” — Putin

“Ağlımızı itirməmişik, bilirik nüvə silahı nə olan şeydir” — Putin

“Dünyada nüvə müharibəsi təhlükısi artır”.

Demokrat.az bildirir ki, bu sözləri Rusiya prezidenti Putin vətəndaş cəmiyyəti və insan haqları Şurasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiya kütləvi qırğın silahına özünümüdafiə kimi baxır: “Rusiya heç bir şəraitdə bu silahdan birinci istifadə etməyəcək”.

Putin deyib ki, Rusiya ərazisinə nüvə zərbəsi endirmək imkanı çox məhduddur. Onun sözlərinə görə, ABŞ-ın nüvə silahının böyük hissəsi Avropa qitəsində yerıəşir. “Əgər lazım olsa biz öz müttəfiqlərimizi əlimizdə olan bütün vasitlərlə müdafiə edəcəyik”.

“Ağlımızı itirməmişik, bilirik nüvə silahı nə olan şeydir. Bu vasitə bizdə var. Daha yenilənmiş və müasir formadadır”-deyə Putin vurğulayıb.

O deyib ki, Rusiya bu silahı qılınc kimi əlində yelləyərək dünya boyu qaçmağa hazırlaşmır. “Bu çəkindirici faktordur. Təhrikedici yox çəkindirici faktor. Ümid edirəm bunu hamı anlayır”- deyə Putin bildirib.

D
demokrat.az