Sosial Özəl

“Bu gün 250 manata psixoloq qəbulu varsa, demək ki, ora gedənlər də var“— Psixoloq

“Bu gün 250 manata psixoloq qəbulu varsa, demək ki, ora gedənlər də var“— Psixoloq

“Psixoloji müayinələr dünyada yüksək ödənişli müalicə metodu sayılır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib. O, qeyd edib ki, bu sahədə qiymətlər müxtəlifdir:

“Elə həkimlər var ki, qəbulu 150-200 manata, bəlkə də 500 manatadadır. Bunun kimi psixoloqlar da var ki, qiymətləri müxtəlidir. Amma, bu sahədə ucuz qəbullar da mövcuddur. Bu da kapitalizmin tələblərindən irəli gələn bir məsələdir.

Məsələn, cəmiyyətimizdə hüquqşünasların, həkimlərin qəbulu müxtəlif olduğu kimi, bu sahədə də müxtəliflik var. Yəni, bazar iqtisadiyyatıdır, kim öz əməyini neçəyə dəyərləndirirsə, bazara da o qiymətə qoyur. Əgər bu gün 80-250 manata psixoloq qəbulu varsa, demək ki, ora gedənlər var“.

Müsahibimiz son illər psixoloqların sayının artması məsələsinə də toxunub:

“Bu gün üç aylıq kurslar var ki, oxuyurlar və psixoloq olurlar. Əslində, psixoloq olmaq istəyən şəxsin əvvəlcədən təməli olmalıdır, çünki bu qədər öyrəndiklərimizin 3 ayda öyrənilməsi müşkül məsələdir. Əgər toplum olaraq deyiriksə, 3 aylıq psixoloq nəyə lazımdır? Onda belə bir sual yaranır. Hər gün qarşımıza reklamlar çıxır, onda ictimai rəydə onu niyə tənqid etmirlər? Hələ görməmişəm ki, o reklamların altına rəylər yazsınlar və tənqid etsinlər. Əgər tənqid olunmursa, rahat şəkildə qoyurlarsa və satıcı gəlib psixoloq olursa, buna cəmiyyət susursa, cəmiyyət heç nə demirsə, demək ki, cəmiyyət buna razıdır. Yəni, cəmiyyət bunu qəbul edir. Ümumiyyətlə, tələb nədirsə, təklif də həmişə olacaq. Bütün sahələrdə savadlı var, savadsız var. Bu gün özlərinin zəifliyindən dolayı aqressiyaya düşüb ətrafdakıları incidərək özünü yaxşı göstərməyə çalışanlar var da, başını salıb aşağı işiylə qalxanlar da var. Yəni, hər bir sahədə olduğu kimi, psixologiya sahəsində neqativlər var“.

Aynurə Demokrat.az

NE
Nihadə Eyyubova