Yunanıstanın paytaxtı Afinada 2008-ci ildə polis tərəfindən öldürülən 16 yaşlı Aleksandros Qriqoropulosun ölümünün 14-cü ildönümü münasibətilə yürüş keçirilib.
Demokrat.az "TGRT Haber"ə istinadən xəbər verir ki, polislə nümayişçilər arasında toqquşma olub. Toqquşma zamanı nümayişçilər zibil qablarını yandırıb, polisə daş və "molotov kokteyli" atıblar.
Afinanın mərkəzinə toplaşan minlərlə fəal polis zorakılığını pisləyən şüarlar səsləndirərək parlament binasına doğru yürüş ediblər.
Qeyd edək ki, Aleksandros Qriqoropulos 2008-ci il dekabrın 6-da polisin atəş açması nəticəsində 16 yaşında vəfat edib. Onun ölümündən sonra Afinada keçirilən nümayişlər 2 həftə davam edib, çoxlu bina və avtomobillərə ziyan dəyib.
Jalə Demokrat.az


