İdman Özəl

SENSASİYA! Mərakeş İspaniyanı udub 1/4 finala yüksəldi

SENSASİYA! Mərakeş İspaniyanı udub 1/4 finala yüksəldi

Qatarda futbol üzrə dünya çempionatı davam edir.

Demokrat.az-ın xəbərinə görə, 1/8 final mərhələsinin növbəti qarşılaşmasında Mərakeş və İspaniya üz-üzə gəlib.

90 dəqiqəsi qolsuz bərabərliklə bitən matçda hər hissəsi 15 dəqiqə olan iki əlavə vaxt oynanılıb. Burada da qapılara qol vurumayınca, tərəflər penaltilərə keçiblər.

11 metrlik cərimə zərbələrini dəqiq yerinə yetirən afrikalılar (3:0), dünya çempionatı tarixində ilk dəfə 1/4 final mərhələsinə yüksəlib.

Zamiq Demokrat.az

NE
Nihadə Eyyubova