“Azərbaycan səbrli olmalıdır və Ermənistanın oyunlarını ifşa edərək beynəlxalq ictimaiyyətə, beynəlxalq təşkilatlara nümayiş etdirməlidir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Deputat qeyd edib ki, Ermənistan sülh istiqamətində addım atmağa hazır deyil.
“Çünki Ermənistan bilmir ki, o hələ Rusiyadan qaçacaq, yoxsa yenidən Rusiyanın köləsinə çevriləcək. Bu oyunları Ukrayna müharibəsi bitənədək Ermənistan oynayacaq. Azərbaycan səbrlə Ermənistanın bu oyunlarına beynəlxalq müstəvidə hamıya nümayiş etdirməlidir və beynəlxalq hüquq normalarını tələb etməlidir. Eyni zamanda Azərbaycan Rusiyadan da tələb etməlidir ki, onun sülhməramlı qüvvələri öz vəzifələrini düzgün yerinə yetirsinlər”.
Nəzrin Demokrat.az


