Xarici siyasət Özəl

Azərbaycan beynəlxalq aləmin layiqli üzvünə çevrilməyi bacarıb

Azərbaycan beynəlxalq aləmin layiqli üzvünə çevrilməyi bacarıb

Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədlərindən biri də dünya birliyinə inteqrasiya, eyni zamanda, beynəlxalq təşkilatlarla münasibətlərin daha da genişləndirilməsi və qarşılıqlı əməkdaşlığa əsaslanan inkişaf platforması formalaşdırmaqdan ibarətdir. Azərbaycan dünya birliyinə inteqrasiyanı daim öndə tutub və qarşıya qoyulan hədəfə çatmaq üçün keçən dövr ərzində bir sıra mühüm addımlar atılıb.

Azərbaycan beynəlxalq aləmin layiqli üzvünə çevrilməyi bacarıb
Sirr deyil ki, Azərbaycanın dünya birliyinə inteqrasiyası olunmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Bu gün cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirməkdədir. Ölkəmiz hazırda dünya birliyinə inteqrasiyanın, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi məqsədilə BMT, Avropa Şurası və Avropa Birliyi kimi nüfuzlu beynəlxalq təşkilatlarla və digər dövlətlərlə sıx əməkdaşlıq edir.

Milli Məclisin deputatı Cavid Osmanov Demokrat.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə yaranmış acınacaqlı vəziyyət, ölkədə bütün sahələrdə mövcud böhranların dərinləşməsi, antimilli qüvvələrin hakimiyyətə gəlmək niyyəti və hakimiyyətdə olduğu müddət ərzində ölkəmiz bütün sahələrdə tənəzzülə doğru gedirdi. Deputatın sözlərinə görə, beynəlxalq aləmdə də Azərbaycanın o vaxt ki rəhbərlərinin yarıtmaz və səriştəsiz, xəyanətkar siyasəti nəticəsində ölkəmiz təklənmişdi:

Azərbaycan beynəlxalq aləmin layiqli üzvünə çevrilməyi bacarıb
“Ölkəmiz bütün region ölkələri ilə, eyni zamanda dünyanın bütün ölkələri ilə münasibətləri tamamilə korlanmış, beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək qabiliyyətini itirmişdi. Yalnız 1993-cü ildən sonra ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidi və tələbi ilə hakimiyyətə gəldi və həmin ilin oktyabr ayında keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının vahid lideri kimi seçkilərdə qalib gəlməsi bütövlükdə ölkəmizdə milli idarəçilik sisteminin qurulmasına gətirib çıxardı. Ümummilli Liderimizin böyük idarəçilik təcrübəsi, onun məhz dünya dövlətləri ölkələrinin liderləri ilə münasibətlərini qurmaq bacarığı, bütün bunlar ölkəmizin bir sıra istiqamətində inkişafı ilə yanaşı beynəlxalq münasibətlər sistemində də yeni bir mərhələnin - Azərbaycana uğur gətirəcək bir mərhələnin başlanğıcının təməlini qoyuldu. Əlbəttə ki, həmin illərdə ölkəmiz bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə başladı. İkitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində mühüm addımlar atılmağa başlanıldı. İslam Konfransı Təşkilatı (İKT), İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO), Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) və eləcə də iqtisadi fondlarla, beynəlxalq qurumlarla əlaqələrin möhkəmləndirilməsi ölkəmizin daha əvvəl qoşulduğu beynəlxalq təşkilatlarla münasibətlərin qurulması istiqamətində mühüm addımlar atılması Azərbaycanın beynəlxalq münasibətlər sistemində mühüm bir yerə gətirib çıxara bilmişdi. Xüsusi vurğulamalıyıq ki, 1994-cü ilin sentyabr ayının 20-də "Əsrin müqaviləsi"nin imzalanması digər ölkələrlə, dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin dərinləşməsinə və möhkəmlənməsinə öz güclü töhfəsini vermişdir. Təbii ki, Azərbaycan bundan sonrakı müddətdə istər NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı qoşulması, istər digər beynəlxalq qurumlarla əlaqələrin möhkəmlənməsi istiqamətində vacib addımlar atmağa başlamışdır. 2003-cü ildə cənab İlham Əliyevin rəhbərliyi ilə artıq ölkəmiz beynəlxalq münasibətlər sistemində xarici siyasətin yürüdülməsində, dünya birliyinə inteqrasiya, o cümlədən region ölkələri və digər dövlətlərlə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində yeni bir mərhələnin başlanğıcı oldu”.

Azərbaycan beynəlxalq aləmin layiqli üzvünə çevrilməyi bacarıb

Millət vəkili əlavə edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə istər ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq forumlar, mədəniyyətlərarası dialoq forumlar, dillərarası forumlar bütün bunlar Azərbaycanın dünyaya tanıdılmasında mühüm bir vacib addımlar idi:

“Bir çox təşkilatlarla əməkdaşlığı keyfiyyətcə yeni bir mərhələyə gətirməklə, paralel olaraq da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılırdı. Azərbaycanın böyük layihələrə imza atması, xüsusən də böyük translayihələrin həyata keçirilməsi bizim tərəfdaşlarımızın sayını çoxaldırdı. Bu illər ərzində istər Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yol layihələrinin ərsəyə gəlməsi artıq Azərbaycanın Cənubi Qafqazda lider dövlət kimi bir çox ölkələr tərəfindən tərəfdaşlarının sayını çoxaldırdı, ölkəmizin iqtisadi potensialını səmərəli istifadə etməklə, iqtisadi gücümüzü artırırdı, eyni zamanda ölkəmiz dünya birliyində nüfuzunu artırmaqla, yeni tərəfdaşlar toplayırdı. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra Azərbaycan qalib ölkə olaraq, ədaləti bərpa edən ölkə olaraq bütövlükdə geosiyasi reallıqlar yaratdı.Vətən müharibəsi boyunca da biz gördük ki, Azərbaycanın dünyada tərəfdaşlarının sayı artmışdır. İki il ərzində cənab İlham Əliyevin Vətən müharibəsindən sonrakı dövr ərzində isə irəli sürdüyü təşəbbüslər bütün dünya ölkələri, beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir, dəstəklənir. İstər koronavirus pandemiyası dövründə Azərbaycan prezidentinin təşəbbüsləri, istər Avropanın enerji təhlükəsizliyin təmin olunmasında Azərbaycan- Avropa İttifaqı arasında münasibətlərin keyfiyyətcə yeni bir mərhələyə gəlməsi, istər Afrika ölkələri ilə münasibətlərin daha da səmərəli qurulması, İslam Əməkdaşlıq Təşkilatları çərçivəsində, Ərəb Dövlətləri Liqası çərçivəsində Azərbaycana olan münasibətin ən yüksək səviyyəyə gəlməsi və münasibətlərin dərinləşməsi, Türk Dövlətləri Təşkilatı ilə Azərbaycanın həyata keçirdiyi çox mühüm addımlar ölkəmizin daha yüksək səviyyəyə gətirilməsi, paralel olaraq da Azərbaycan prezidenti cənab İlham Əliyevin liderlik keyfiyyətinin, diplomatik məharətinin nəticəsi olaraq Azərbaycan bu gün dünyanın ən nüfuzlu, ən hörmətli ölkələrindən birinə çevrilib”.

Azərbaycan beynəlxalq aləmin layiqli üzvünə çevrilməyi bacarıb
C.Osmanov əlavə edeib ki, bu gün Azərbaycan diplomatik mövqelərini daha da möhkəmləndirir:

“Heç şübhəsiz ki, son bir neçə ayda Azərbaycan prezidentinin səfərlərini biz nəzərdən keçirsək, istər Avropa ölkələrinə - İtaliya, Bolqarıstan, Serbiya, Praqa, Brüssel və burada Avropa ölkələrinin liderlərinin Azərbaycan prezidenti haqqında söylədiyi yüksək fikirlər, Azərbaycanın etibarlı tərəfdaş ölkə olduğunu təsdiq edən fikirlər, o cümlədən Əlcəzairdə Ərəb Dövlətləri Liqasında Azərbaycan prezidentinin dəvət olunması və onun xüsusi hörmətlə dəvət olunan bir qonaq qismində orada iştirakı və çıxış etməsi, eləcə də Mərkəzi Asiya Orta Asiya ölkələri və Türk Dövlətləri ilə əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə daha möhkəmlənməsinə istiqamətlənmiş səfərlər, o cümlədən Azərbaycana gələn yüksək səviyyəli qonaqlarla Azərbaycan prezidentinin təmasları bütün bunlar onu göstərir ki, bu gün prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən nüfuzlu, ən hörmətlə yanaşılan ölkələrindən birinə çevrilmiş, Azərbaycanın dünyada tərəfdaş ölkələrin sayı artmaqdadır və əlbəttə ki, Azərbaycan prezidentinin şəxsinə olan dünyada böyük hörmət və onun ən nüfuzlu liderlər sırasında olması Azərbaycanın mövqelərini daha da möhkəmləndirir və ölkəmizi qüdrətləndirir”.

Azərbaycan beynəlxalq aləmin layiqli üzvünə çevrilməyi bacarıb
“Bütövlükdə son illər ərzində biz görürük ki, Azərbaycan aparıcı beynəlxalq təsisatlara uğurla rəhbərlik edir. İstər Türk Dövlətləri Təşkilatına rəhbərlik dövrünə biz nəzər salsaq, bir daha əmin olaraq ki, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə Türk Dövlətlərinin Birliyində onların əlaqələrinin möhkəmlənməsində, daha sıxlaşmasında çox vacib rol oynayır və Azərbaycan bu sahədə bəlkə də, lokomotiv rolunu oynayır. Digər bir tərəfdən xüsusi qeyd etmək lazımdır ki, məhz Azərbaycan BMT-dən sonra təsisatına, böyüklüyünə görə ikinci beynəlxalq təşkilata -Qoşulmama Hərəkatına uğurla rəhbərlik edir. Rəhbərliyi dövründə ədalətli mövqeyi nümayiş etdirməsi, Qoşulmama Hərəkatının nüfuzlu bir təsisata çevirməsi, dünyada söz sahibinə çevrilməsi məhz Qoşulmama Hərəkatının 120 ölkəsinin yekdilliklə təşəbbüs irəli sürərək Azərbaycanın sədrliyini daha bir il uzadılmasına yekdilliklə qərar vermələri Azərbaycanın bütövlükdə beynəlxalq aləmdə olan nüfuzunun durmadan artmasıdan xəbər verən amillərdən biridir. Bir sözlə, istər beynəlxalq təşkilatlarla Azərbaycanın münasibətləri, istər Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlara sədrlik etməsi və eləcə də, dünya ölkələri ilə qarşılıqlı sıx əməkdaşlıq etməsi Azərbaycanın dünyaya inteqrasiyasının vacib elementləridir və bu da ölkəmizin tərəfdaş ölkələrinin sayını artırır, Azərbaycanın mövqelərini daha da möhkəmləndirir, ölkəmiz daha güclənir, daha da qüdrətlənir”, - deyə deputat fikirlərini yekunlaşdırıb.

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə açıqlamasında bildirib ki, son illər Azərbaycanın dünya birliyinə inteqrasiyası istiqamətində çox ciddi addımlar atılıb:

Azərbaycan beynəlxalq aləmin layiqli üzvünə çevrilməyi bacarıb
“Müstəqillik əldə etdikdən sonra ölkədə dünya iqtisadiyyatına inteqrasiya istiqamətində çox mühüm addımlar atılıb. Ötən müddət ərzində Azərbaycanın BMT və onun qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. kimi nüfuzlu beynəlxalq institutlarla əlaqələri daha da inkişaf etdirib. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin Avropaya və Avrasiyaya inteqrasiyasının siyasi prinsip və əsasları ulu öndərin alternativi olmayan qalibiyyət kursunun ayrılmaz tərkib hissəsidir. Azərbaycanın dünya burliyinə inteqrsasiyasında Ümummilli Liderimizin əvəzsiz xxxidmətləri olmuşdur. Bu gün Heydər Əliyevin inteqrasiya xəttinin siyasi, iqtisadi, mədəni, sosial, hüquqi aspektlərinin kompleks elmi təhlili, onun dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edən optimal əməkdaşlıq modelinin hərtərəfli dərk edilməsi mühüm vəzifələrindən biridir. Dövlət müstəqilliyinin ilk illərindən etibarən dünya birliyinə inteqrasiya istiqamətində kompleks tədbirlər həyata keçirən ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasətinin prinsipial məqamları Azərbaycan üçün böyük nəzəri-təcrübi əhəmiyyətə malikdir. Çox sevindirivi haldır ki, bu siyasi kursu cənab İlham Əliyev uğurla davam etdirir”.

Partiya sədri əlavə edib ki, bu gün dünya dövlətləri ilə Azərbaycanın diplomatik əlaqələri yüksək səviyyədədir:

“Bu gün Azərbaycan Avropa Birliyi ilə əlaqələri yüksək səviyəyə qaldırılıb. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti yüksək dəyərləndirilib və Azərbaycanın sədrliyi bir il də uzadılıb. Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın ən böyük təşkilatıdır. Ölkəmizin BMT-dən sonra dünyanın ən böyük ikinci beynəlxalq təşkilatına sədrlik etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin möhkəmlənməsinə xidmət edir. Həmçinin, dünyanın bir sıra inkişaf etmiş dövlətləri də regionun lideri olan Azərbaycanla dostluq münasibətlərinin yaradılmasına maraq göstərirlər.

Azərbaycan beynəlxalq aləmin layiqli üzvünə çevrilməyi bacarıb
Bu gün Azərbaycanın Ərəb Liqası ilə əlaqələri də kifayət qədər inkişaf edib. Bundan başqa, Türk Dövlətləri Təşkilatında Azərbaycanın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Burada Azərbaycan Türkiyə ilə birlikdə aparıcı rol oynayır.

Ümumiyyətlə, bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın regionda və dünyada müttəfiqlərinin sayını xeyli dərəcədə artırıb. Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlətlərdən birinə çevrilməkdədir. Dünya birliyinə inteqrasiyasının əsasında son illərdə bir beynəlxalq layihələr həyata keçirilib. Bu layihələrin nəticəsi olaraq Azərbaycan Şərqlə Qərbi birləşdirən tranzit ölkə rolunda çıxış edir. Bakı-Tiflis-Qars dəmir yolunun açılması, Azərbaycanın təşəbbüsü və vasitəçiliyilə TAP, TANAP kimi iri transmilli enerji marşrutları ölkəmizi əksər dünya ölkələrinin diqqət mərkəzinə çevirmişdir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri və s. kimi mühüm layihələr ölkəmizi regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirib”.

Azərbaycan beynəlxalq aləmin layiqli üzvünə çevrilməyi bacarıb
A.Səmədov qeyd edib ki, Azərbaycan dünyanın nüfuzlu təşkilatları ilə ikitərəfli əlaqələr qurub:

“Təbii ki, bu da düşmən Ermənistanı ciddi şəkildə narahat edir. Təbiidir ki, burada xüsusilə qeyd olunmalı məsələ Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrin yüksək səviyyəyə qaldırılmasıdır.Çox böyük cəsarət tələb etməsinə baxmayaraq Azərbaycan Avropa İttifaqı ilə bu ilin iyulunda enerji sahəsində memorandurum imzaladı. 2027-ci ildə Avropaya 20 milyard kubmetr qaz vermək öhdəliyi götürdü. Bu, Avropanı Rusiyanın qaz şantajından qorumaq istiqamətində atılan çox mühüm addım idi və Avropa dövlətləri bunu təbiidir ki, çox yüksək qiymətləndirirlər. Bu gün dünyanın ən böyük problemi Rusiyanın işğalçı siyasətinin qarşısında dayanmaqdır. Burada həlledici amil Rusiyanın qaz sahəsində inhisarının aradan qaldırılmasıdır. Bu mühüm işin həyata keçirilməsində həlledici rol ayrılan dövlətlərdən biri də Azərbaycandır. Azərbaycan Amerika Birləşmiş Ştatları, Norveçlə yanaşı bu mühüm mübarizədə həlledici rol oynayan dövlətlərdəndir və biz bunu xüsusilə qeyd etməliyik və qiymətləndirməliyik. Hesab edirəm ki, Azərbaycan dünya birliyinə inteqrasiya etməyi və beynəlxalq aləmin layiqli üzvünə çevrilməyi bacarıb. Azərbaycan artıq dünyada etibarlı tərəfdaş kimi böyük nüfuza sahibdir.”.

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az