Ukraynanınistefaya göndərilən infrastruktur naziriAleksandr Kubrakovölkənin baş nazirinin müavini təyin edilib.
Demokrat.az xarici mətbuata istinadən bildirir ki,bunuAli Radanın deputatıYaroslav Jeleznyakdeyib.
Kubrakovu yeni vəzifəyə təyin etmək üçün parlament əvvəlcə onun istefasına səs verib.
"242 deputat onun Ukraynanın infrastruktur naziri vəzifəsindən azad edilməsinə səs verib" - Jeleznyak deyib.
Keçmiş infrastruktur nazirinin Ukraynanın yenidən qurulması üzrə baş nazirin müavini vəzifəsinə təyin olunmasını 263 deputat dəstəkləyib.
Kubrakov yeni vəzifəsində iki birgə idarəyə - İnfrastruktur və Regional İnkişaf Nazirliyinə rəhbərlik edəcək.
Qeyd edək ki, Kubrakov 2021-ci il mayın 20-dən Ukraynanın İnfrastruktur Nazirliyinə rəhbərlik edib.
Leyla Demokrat.az


