Afrikadan Avropaya gedən quru yük gəmisinin ekipajı 11 gün gəminin sükanı arxasında gizlənən miqrantlarla qarşılaşıb.
Demokrat.az "Haber Global"-a istinadən xəbər verir ki, üç qaçqın Nigeriyadan üzən gəminin gövdəsinin altındakı su xəttinin sükan hissəsində 11 gün səyahət edib.
"Bu gün günortadan sonra Sahil Mühafizəsinin qayığı Las Palmas limanında dayanmış və Nigeriyadan gələn "Althini II" gəmisinin sükan kanatında üç qaçan şəxsi xilas edib", - sahil mühafizəsinin dünən verdiyi açıqlamada deyilir. Limana köçürülənlərə sağlamlıq qrupları tərəfindən tibbi yardım göstərilib.
Bildirilir ki, Malta bayraqlı “Althini II” tankeri noyabrın 17-də Laqosu tərk edib.
Jalə Demokrat.az


