Gündəm Özəl

“Sülhməramlıların vəzifəsi ondan ibarət deyil ki, Qarabağda yeni bir münaqişə yaratsın” — Deputat

“Sülhməramlıların vəzifəsi ondan ibarət deyil ki, Qarabağda yeni bir münaqişə yaratsın” — Deputat

“Mətbuatdan da xəbər verildiyi kimi bu gün Bakıda Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda konfrans keçirilib. Konfrans Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyində keçirilib. Respublikamızın bütün güc strukturları, sözsüz ki, Müdafiə Nazirliyi daxil olmaqla, şəxsən müdafiə nazirinin birinci şəxsi Zakir Həsənov səviyyəsində iştirak olub. Bununla bərabər, Türkiyə Silahlı Qüvvələrindən, eləcə də qərargah rəisi ilə türk hərbçiləri iştirak edib. Bu konfrans bu gün işə başlayıb. Konfransda çıxış edənlərdən biri də DTX-nin rəisinin birinci müavini general-leytenant Ceyhun Şadlinski olub. O bir sıra faktlarla bərabər eyni zamanda Rusiya sülhməramlıların yerləşdiyi yerdə ağır texnika, hərbi silahların daşınmasını qeyd edibdir. Əlbəttə, bu da Azərbaycan ictimaiyyətinin haqlı narahatçılığına səbəb olur. Sözsüz ki, dövlətimiz də bu işləri nəzarətdə saxlayır. Eyni zamanda, İranın törətdiyi və törətmək istədiyi təxribatlar da çıxışında öz əksini tapıb”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. O, qeyd edib ki, ümumiyyətlə sülhməramlıların fəaliyyəti, funksiyaları və onların hansı hərbi texnika ilə təchizatı beynəlxalq standartlarla müəyyən edilir. Yəni, rus sülhməramlılarının fəaliyyəti də beynəlxalq hüquq çərçivəsində tənzimlənir. Bu mənada Qarabağdakı rus sülhməramlıları istədikləri kimi hərbi texnikadan istifadə edə bilməz. Onun missiyası sülhü və sabitliyi qorumaqdır”.

“Sülhməramlıların vəzifəsi ondan ibarət deyil ki, Qarabağda yeni bir münaqişə yaratsın” — Deputat

“Adından da məlum olduğu kimi, sülhməramlı qüvvənin məqsədi odur ki, hər iki tərəfdə əgər hər hansı bir silahlı münaqişə törətmək meyilləri olarsa, onun qarşısını alsın. Sülhməramlıların vəzifəsi ondan ibarət deyil ki, orada yeni bir münaqişə yaratsın. Yaxud da, sülhməramlı qüvvələr orada tərəflər arasında hər hansı bir fitnə çıxartsın. Sülhməramlı qüvvələrin əsas funksiyası orada müşahidə aparmaq və yarana biləcək təhlükəni vaxtında aşkar etməkdir. Əgər hər hansı tərəf silahlı münaqişə törədilərsə, bunu sülh yoluyla, siyasi dialoq yolla çözüm yolları tapmaqdır. Yeni silahlı münaqişənin qarşısını almaqdır. Əgər sülhməramlı qüvvələr hər hansı bir silahlı münaqişəyə silahla cavab verərsə, onda sülhməramlı sayıla bilməz. Ona görə də, DTX rəisinin birinci müavini general-leytenant Ceyhun Şadlinskinin qeyd etdiyi kimi, Rusiya sülhməramlılarının yerləşdiyi bölgəyə hərbi texnikanın daşınması, gətirilməsi, yerləşdirilməsinə öz narahatçılığını bildirib və onun qəbul olunmaz olduğunu qeyd edibdir. Hesab edirəm ki, dövlətimizin müvafiq strukturları da bu məsələ ilə bağlı öz mövqeyini göstərəcəkdir” - deyə M.İbrahimqızı vurğulayıb.

Nəzrin Hüseynli Demokrat.az

D
demokrat.az