“Avropa ölkələri, demokratik dövlətlər, bölgə ölkələri İran adlanan ölkə ilə bağlı öz siyasətlərində düzəliş etməlidirlər. Yəni, İran adlanan ölkənin öz vətəndaşlarına münasibəti ilə bağlı ciddi bəyanatlar, ciddi açıqlamalar verilməlidir. Avropa Birliyi keçən günlərdə 31 şəxsi müxtəlif SEPAH-a, dini rəhbərliyə, polisə bağlı qüvvələrin adlarını qara siyahıya saldı və onlara sanksiya tətbiq etdi. Onunla yanaşı, üç şirkətə qarşı belə bir sanksiyanın uyğulanmasını həyata keçirdi. Bu şirkətlərdən biri SEPAH-la əməkdaşlıq fondudur. İran adlanan ölkənin xaricdə fəaliyyət göstərən televiziyası da sanksiyalara salındı. İngiltərə isə 24 nəfərin adını bu sanksiyalara salıb. Hansı ki etirazçılara qarşı qəddarlığın göstərilməsində, əmrlərin verilməsində, onların döyülməsində, öldürülməsində ciddi rolları olub”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli deyib. Analitik qeyd edib ki, İran bu ölkələri də ciddi təhdid etməkdədir: 
Nəzrin Demokrat.az


