“Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri KTMT-nin toplantısı ilə bağlıdır. Bundan başqa, Ermənistana səfəri, o cümlədən İrəvandakı revanşist qüvvələrə bir mesajdır. Necə ki, Rusiyanın son bir ayda Azərbaycan-Ermənistan münasibətlərinin normalaşdırmasında destruktiv fəaliyyəti müəyyən gərginliklərə gətirib çıxardı. Ümumiyyətlə, sülh danışıqlarının normallaşma prosesi kifayət qədər risk altına düşdü. Rusiya bu istiqamətdə öz təşəbbüslərini gücləndirib, yenidən əsas moderator roluna keçmək istəyirik ki, məhz bununla bağlı Ermənistandakı revanşist qüvvələrə mesaj verilir. Bunun ilk açıq mesajı Rusiyanın prezidentinin "Valday" diskusiya klubuna müsahibəsində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı şübhələr yaradan, əslində təhdid kimi səslənən açıqlamalar idi ki, bu da Ernənistandakı revanşist qüvvələrə kifayət qədər ürəkləndirməyə hesablanmış bir addımıdır“.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. 
“Bölgədə bundan sonra gərginliyin düşürülməsində müsbət rol oynayacağı ilə bağlı mən çox da optimist deyiləm. Bu səfər sadəcə Rusiya-Ermənistan münasibətlərini, KTMT-ni bağlaya bilər. Digər tərəfdən, Vladimir Putin bu səfərlə Ermənistan tərəfinə həm də müəyyən təzyiqlər göstərməyə çalışacaq. Ki, Ermənistan onun təsir zonasından çıxmasın. Necə ki, biz bunun təxminən 8 il öncə şahidi olmuşduq. O zaman Avropa Birliyi ilə yaxın qonşuluq münasibətləri ilə əməkdaşlıq memorandumu imzlamağa hazırlaşan Ermənistana Rusiya tərəfindən edilən ciddi təzyiqlər nəticəsində Ermənistan bu addımından geri dönmüşdü. Bu baxımdan, Putinin Ermənistana səfəri bir çox məqsədlərini həyata keçirən bir səfərdir. Bölgədə gərginliyin azaldılmasına çox böyük fayda verə bilər deyə, mən çox da nikbin deyiləm”.
Nəzrin Demokrat.az


