Gündəm Özəl

“İran və Fransanın artan “qayğı”sı özgə kölgəsində yatmağı sevən erməni terrorçuları hərəkətə gətirib” — Deputat

“İran və Fransanın artan “qayğı”sı özgə kölgəsində yatmağı sevən erməni terrorçuları hərəkətə gətirib” — Deputat

“Son zamanlar siyasi arenada olan dəyişikliklər, xüsusilə İran və Fransanın artan “qayğı”sı çox güman ki özgə kölgəsində yatmağı sevən erməni terrorçularını da hərəkətə gətirib. Lakin erməni xalqı da, hakimiyyəti də bir dəfəlik bu terrorçu niyyətindən əl çəkməlidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. Deputat diqqətə çatdıırb ki, bu nifrətin əsrlərə dayanan tarixi var.

“Amma bir reallıq var ki, Ermənistan bizə olan düşmən mövqeyi niyyətindən heç nə qazanmayıb. Mən düşünürəm ki, bu həqiqəti erməni cəmiyyəti dərk edib anlayır. Onda ortaya bu sual çıxır. Bəs niyə əldə heç bir naliyyət olmamasına baxmayaraq hələ də davam etmək istəyirlər? Mən bu barədə öz analizimi deyərdim ki, onlar başqa dövlətin himayəsində yaşamağa öyrəşib. Hər zaman ona diqtə olunanı etməklə müstəqilliyini qoruyan Ermənistan zənnimcə düşünür ki, Azərbaycan onun müstəqilliyi üçün təhlükədir. Tarix boyu yetişməkdə olan nəslə də bu mifi aşılayıblar”.

“İndi qanunsuz erməni silahlılarının xarici havadarlarının köməyinə arxalanaraq atəşkəs pozmaları, Ağdam və Xocalıda səngər qazmağa cəhd etmələri çox güman cənab prezidentin son çıxışına qarşı təxribat yaratmağa hesablanıb. Ermənistan hakimiyyəti və müttəfiqləri çalışır ki, erməni xalqına göstərsinlər ki, Azərbaycan atəş açdı və siz təhlükədəsiniz. Sırf bu məqsədlərə xidmət edən təxribatların arxasında isə Qarabağda qeyri-leqal ticari məqsədlərindən məhrum olan dövlətlərin planları dayanır. Azərbaycan bu gün də 44 günlük müharibə dövründə olduğu kimi güclü və iradəlidir. Ermənistan dövləti özü də yaxşı bilir ki, 44 gün bizə tək özü deyil, elə onu himayə edən qüvvələrin də məğlubiyyəti idi. O səbəbdən bu kimi mənasız təxribatlardan əl çəkməlidirlər. Bəli, Qarabağda yaşamaq istəyən ermənilər Azərbaycan vətəndaşlarıdır. Onların hüquq və azadlıqları dövlətimiz tərəfindən təmin olunacaqdır. Burada başqa bir dövlətin onları müdafiəyə qalxmasına ehtiyac yoxdur”.

Aynurə Demokrat.az

D
demokrat.az