Region

"Həzrəti Yusif"in "Züleyxa"sı həbs olundu — FOTOLAR

Həzrəti Yusifin Züleyxası həbs olundu — FOTOLAR

İranda iki məşhur aktrisa ölkədə davam edən etiraz aksiyalarına qoşularaq həmrəylik nümayiş etdirdikləri və açıq şəkildə hicablarını çıxardıqları üçün həbs ediliblər.

Bakupost.azIRNA agentliyinə istinadən xəbər verir ki, İranın məşhur iki aktrisası Henqame Qazinai və Ketayun Riahi sosial şəbəkələrdə "təxribat xarakterli" paylaşımlar etdikləri üçün prokurorluğa çağırıldıqdan sonra həbs olunublar.

Təbrizli teatr aktrisası Səmanə Babazadə də 60 gündən çoxdur ki, həbsdədir.

Xatırladaq ki, Ketayun Riahi 2008-ci ildə İranda yayımlanan məşhur "Həzrəti Yusif" serialında Züleyxa obrazını canlandırıb. Teleserial Azərbaycanda "Space TV"də yayımlanıb.

Həzrəti Yusifin Züleyxası həbs olundu — FOTOLAR
Həzrəti Yusifin Züleyxası həbs olundu — FOTOLAR

D
demokrat.az