Amerikalı ekspertlər Krım körpüsündə törədilən terror aktı ilə bağlı yeni qənaətə gəliblər.
Demokrat.az xəbər verir ki, bu barədə “The New York Times” yazır.
Onların fikrincə, əməliyyat ya ehtiyatlı planlaşdırma, ya da şans sayəsində uğurlu alınıb.
Bir neçə mühəndisin fikrincə, bomba bir-iki dəqiqə sonra partlasaydı, hadisənin vurduğu zərər daha çox ola bilərdi. Çünki yük maşını artıq körpünün üzən polad tağlarla bərkidilmiş böyük, hündür hissəsinə qalxmağa başlamışdı.
"Elstner Associates" şirkətinin inşaat mühəndisi Adam Evansın təxminlərinə görə, bombardmançıların məqsədi magistral yolu zədələmək deyil, dəmiryolunu partlatmaq olub.
Mütəxəssislər partlayışın uzaqdan həyata keçirildiyini irəli sürüb, çünki belə bir partlayışı vaxtında hesablamaq çətindir.
Qeyd edək ki, Kerç boğazı üzərindən keçən körpüdə partlayış oktyabrın 8-də səhər saatlarında baş verib. Yük maşınının partlaması nəticəsində avtomobil nəqliyyatı üçün körpünün bir neçə aşırımı dağılıb. Bundan sonra Krım körpüsü ilə hərəkət edən qatarın sonundakı yanacaq çəni yanıb. Dörd nəfər həlak olub, daha bir neçə nəfər itkin düşüb.
Jalə Demokrat.az


