Meksikada içində nazirin olduğu helikopter qəzaya uğrayıb.
Demokrat.az Haber Global- a istinadən xəbər verir ki, qəza nəticəsində Aquaskalientes əyalətinin təhlükəsizlik naziri Porfirio Sançes də daxil olmaqla 5 nəfər həlak olub.
Meksika mətbuatının məlumatına görə, vertolyot havaya qalxdıqdan bir neçə dəqiqə sonra ştatın Xesus Mariya şəhərində yol kənarındakı boş sahəyə çırpılıb.
Sosial mediada əks olunan görüntülərdə helikopterin qəzaya uğradıqdan dərhal sonra alovlandığı görünür.
Ştatın qubernatoru Teresa Ximenez bildirib ki, qəza ilə bağlı ekspert qrupun araşdırmasından sonra hadisə barədə daha ətraflı məlumat veriləcək.
Helikopterin qəzaya uğraması ilə bağlı Mülki Aviasiya Agentliyi ilə yanaşı, prokurorluq da genişmiqyaslı araşdırmalara başlayıb.
Jalə Demokrat.az


