“Hazırda 10 milyon ukraynalı elektrik enerjisindən məhrum qalıb. Bu, ən çox Vinnitsa, Odessa, Sum vilayətləri və Kiyevə aiddir”.
Demokrat.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski son videomüraciətində deyib.
Qeyd edək ki, noyabrın 15-də Rusiya Ukraynaya qarşı növbəti kütləvi raket hücumunu həyata keçirib.
Eyni gündə 100-ə yaxın raketlə hücum edən Rusiya Ukraynanın əsas etibarilə enerji infrastrukturunu hədəf alıb. Nəticədə raketlərin böyük əksəriyyəti vurulsa da, ölkənin elektrik enerjisi təminatı sisteminə müəyyən zərbələr dəyib. Təkcə Lvov vilayətində üç infrastruktur obyekti sıradan çıxarılıb və 700 min abunəçi işıqsız qalıb.


