Dünya Özəl

"McDonald's" Qazaxıstandakı fəaliyyətini dayandırdı

McDonald's Qazaxıstandakı fəaliyyətini dayandırdı

"McDonald's" Qazaxıstandakı bütün restoranların fəaliyyətini dayandırıb.

Demokrat.az-ın xəbərinə görə, "McDonald`s"ın Qazaxıstan filialının mətbuat xidmətindən bildirilib ki, sabahdan etibarən regional şəbəkənin bütün kafelərinin işi yerli təchizatda yaranan problemlər səbəbindən müvəqqəti olaraq dayandırılıb:

“Şirkət işləri mümkün qədər tez bərpa etmək üçün əlindən gələni edir”, - açıqlamada qeyd edilir.

Eyni zamanda, iaşə müəssisələrinin işinin bərpası üçün vaxtın daha sonra açıqlanacağı bildirilir.

Jalə Demokrat.az

D
demokrat.az