Sosial Özəl

“Uşaqlar arasında bir neçə virus xəstəliyi yayılıb” — İnfeksionist

“Uşaqlar arasında bir neçə virus xəstəliyi yayılıb” — İnfeksionist

“Son zamanlar uşaqlar arasında bir neçə virus xəstəliyi yayılıb”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında həkim infeksionist Mərdan Əliyev deyib. Həkim qeyd edib ki, son günlər uşaqların bir virusa yoluxduqdan dərhal sonra yeni bir virusa yoluxması müşahidə olunmaqdadır.

“Hazırda əsas viruslar adenevirus, paraqrip və RSV dediyimiz respirator virus infeksiyasıdır. İndi yayılan virus isə respirator sinsitial virusudur. Bu infeksiya uşaqlarda bronxolit törədir, onlarda tənginəfəsliyə, göyərmələrə səbəb olur. Həmçinin, uşaqların ağciyərlərindən xışıltılı tənəffüs eşidilir. Qızdırma elə yüksək olmasa da, bu iki yaşlı uşaqlar üçün xüsusilə ağır keçən bir xəstəlikdir. Bundan başqa, böyüklər arasında isə yayılan infeksiya adenovirus, paraqrip və renovirusdur. Burun axması, boğaz qıcıqlanması, ağrısı xəstəliklərin əsas əlmaətləri hesab olunur. Qızdırma mülayim şəkildə, yəni 37-38 dərəcə müşahidə edilə bilər. Bu xəstəlik həm uşaqlarda, həm də böyüklərdə müşahiə edilə bilər və hava damcı yolu ilə yayılır. Hər bir virusun ağırlaşma təhlükəsi var, ona görə də uşaqları soyuqlamadan qorumaq lazımdır. Uşaqlara gigiyena qaydalarını öyrətməliyik”.

Nəzrin Demokrat.az

D
demokrat.az