"İranda etirazlar 3-4 gün idi ki, səngimişdi. Bəlkə də, bu rejimin çox sərt tətbiq etdiyi güc və yaxud cəzalar nəticəsində səngimişdi. Amma bu onu göstərdi ki, rejimin tətbiqləri, təzyiqləri sərt olsa da, artıq etirazçı xalq bundan qorxmur".
Demokrat.azxəbər verir ki, bu sözləri Reaksiya TV-nin canlı efirində Güney Azərbaycan Milli Oyanış Hərəkatının İdarə Heyətinin üzvü, siyasi mühacir Ağrı Qaradağlı deyib.
A.Qaradağlı bildirir ki, etirazçılar meydanda hər zaman özlərini hazır vəziyyətdə göstərirlər:
"Ancaq dünəndən İranın bütün yerlərində yenidən kütləvi etirazlar başlayıb. O cümlədən də Güney Azərbaycanda. Təbrizdə, Urmiyada, Zəncanda və Ərdəbildə bu etirazlar davam etməkdədir. Təbrizin Azad Universitetinin və başqa universitetlərinin tələbələri "Azadlıq, ədalət, milli hökumət", "Azərbaycan öz yolunu tapıbdır, vilayəti-səltənəti atıbdır" şüarlarla özlərini göstəriblər".
Zamiq Demokrat.az


