Siyasət Özəl

“Makron sağlam düşüncəli siyasətçidirsə, bu qətnaməni təsdiqləməməlidir“ — Politoloq

“Makron sağlam düşüncəli siyasətçidirsə, bu qətnaməni təsdiqləməməlidir“ — Politoloq

“Aydın məsələdir ki, Fransa dövlət başçısının və ümumiyyətlə hökumətin iştirakı olmasaydı, bəlkə də senat belə bir qətnamə qəbul etməzdi. Çünki yaddan çıxartmayaq ki, senatda Makronun çoxlu tərəfdarı da fəaliyyət göstərir və təbii ki, bu məsələdə bunların mövqeyi bəlkə də üst-üstə düşür. Amma bu, heç də o demək deyil ki, Fransa prezidenti bu qətnaməni təsdiqləyəcək. Çünki bir var qanunverici orqan səviyyəsində hansısa bir sənəd qəbul olunsun, bir də var onu artıq dövlət başçısı təsdiqləsin və qüvvəyə minsin”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq diplomat, politoloq Fikrət Sadıqov deyib. Sabiq diplomat əlavə edib ki, bu, dövlət başçısı tərəfindən təsdiqlənəndən və qüvvəyə minəndən sonra birmənalı şəkildə ikitərəfli münasibətlərimizə çox böyük bir zərbə vuracaq:

“Əgər Makron sağlam düşüncəli siyasətçidirsə və dövlət xadimidirsə, bu məsələyə daha geniş baxmalı və bunu təsdiqləməməlidir. Əks halda, bu, bizim münasibətlərimizi nəinki soyuqluğa gətirib çıxardacaq, hətta qırıla da bilər. Onu da istisna etmək lazım deyil. Sadəcə olaraq, bu konkret bir ssenarinin tərkib hissəsidir və bu ssenari çərçivəsində Azərbaycana təzyiq göstərilir. Azərbaycana belə bir təzyiqlə Ermənistana güzəştə getmək təklifi verilir. Yəni, Azərbaycan Ermənistana müəyyən güzəştlər irəli sürsün və güzəştlərə getsin, Ermənistana birbaşa təzyiq etməsin. Hesab edirəm ki, bu istiqamətdə inkişaf edən bir prosesdir. Əlbəttə ki, bunun özü də Azərbaycanın maraqlarına ziddir, saxta bir kağızdır. Hətta, müəyyən dərəcədə Türkiyə qarşı da yönələn bir addımdır. Azərbaycan-Türkiyə münasibətlərinə konkret istiqamətlənən bir addım qəbul olunub. Əlbəttə ki, biz də adekvat tədbirlərimizi görməliyik”.

Aynurə Demokrat.az

D
demokrat.az