"Azərbaycanda boşanma halları çox azdı, Avropada isə 70-75 faizdi" — Mübariz Qurbanlı

SOSİAL 15 may 2019, 12:39

“Azərbaycanın ailə dəyərlərinə başqa xalqların ailə dəyərlərinin təsiri var”.

 

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Mübariz Qurbanlı “Beynəlxalq Ailə günü”nə həsr edilən “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib.

 

O, Azərbaycan ailələrini yad təsirlərdən qorunması üçün çağırış edib: “Bəzən gələcəkdə ailə institunun tamamilə sıradan çıxacağı barədə proqnoz verirlər. Amma bu, təbii ki, düzgün proqnoz deyil. İstənilən xalqın öz ailə dəyəri var. Azərbaycanda min illərdən sonra ailə dəyərləri formalaşıb. İslam dini ailə dəyərlərinə böyük diqqət yetirir. Ümumiyyətlə, bütün səmavi kitablarda ailə müqəddəs dəyər hesab olunur. Peyğəmbərimiz bəşəriyyətə nikaha daxil olmağı tövsiyyə edib”.

 

Dövlət Komitəsi sədrinin sözlərinə görə, ailə təkcə iki şəxsin məhəbbəti üzərində qurulan dəyər deyil: “Təsadüfi qurulan ailələrin heç bir zaman perspektivi ola bilməz. Müsəlman ölkələrində, eləcə də Azərbaycanda boşanma halları çox azdır. Avropada isə boşananların sayı nikaha daxil olanların sayından çoxdur. Elə ölkələr var ki, orada boşanma halları 70-75 faiz təşkil edir”. 

 

Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top