Dünya Özəl

Zelenski: “Artıq qələbəmizin yaxınlaşdığını hiss edirik”

Zelenski: “Artıq qələbəmizin yaxınlaşdığını hiss edirik”

“Hamımız indi qələbəmizin yaxınlaşdığını hiss edirik”. Demokrat.az "TRTHaber"-ə istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Zelenski sosial media hesabından paylaşdığı videomüraciətdə deyib.

Ukrayna lideri bildirib ki, siyasətçilər, təhlükəsizlik qüvvələrinin nümayəndələri və müxtəlif peşə sahibləri öz vəzifələrini layiqincə yerinə yetirir:

"Onlar qələbəyə doğru birlikdə hərəkət edirlər, hamımız hiss edirik ki, indi qələbəmiz yaxınlaşır". Zelenski çıxışında Xerson vilayətində nəzarəti bərpa etdikdən sonra 226 yaşayış məntəqəsində təhlükəsizlik tədbirlərinin görüldüyünü vurğulayıb. Onun sözlərinə görə, həmin ərazilərdə sabitlik təmin olunub. Bu məntəqələrdə 100 minə qədər mülki şəxsin yaşadığı qeyd edilib.

Dövlət başçısı Rusiya əsgərlərini Xersonda hərbi cinayətlər törətməkdə ittiham edib. O, bölgədə mülki və hərbi cəsədlərin aşkarlandığını və araşdırmalara başlanıldığını bildirib.

Zelenski bəyan edib ki, ölkə daxilində ən qaynar münaqişələr Donetsk cəbhəsində davam edir.

Jalə Demokrat.az

D
demokrat.az