İskəndər Mehtiyevi qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının azyaşlı oğlunun adına saxta Instaqram hesabı açılaraq meyxanaçıya dəstək adı ilə pul yığılır.
Demokrat.az xəbər verir ki, bu barədə meyxanaçının və oğlu Yusifin “Instaqram” səhifələrində məlumat paylaşılıb.
Yusif qeyd edib ki, onun "Tik-Tok" profili yoxdur və heç kimə yardım müraciəti etməyib. 



