Gündəm Özəl

"Politico": İran sanksiyalardan yayınmaq üçün Rusiyaya öz hiylələrini öyrədir, yeraltı şəbəkə işə salınır

Politico: İran sanksiyalardan yayınmaq üçün Rusiyaya öz hiylələrini öyrədir, yeraltı şəbəkə işə salınır

İran Rusiyaya neft sanksiyalarını aşmaqda öz hiylələrini öyrədir.

Demokrat.az xəbər verir ki, "Politico" nəşrində bu barədə mövzu ilə bağlı geniş məqalə dərc olunub.

Bildirilir ki, İran Qərbə qarşı ən təsirli silahının planlarını Kremlə verməyə hazırlaşır. Yəni, sanksiyalardan yayınmaq üçün arxalandığı yeraltı maliyyə şəbəkəsini işə salır.

Məlumdur ki, Rusiya Qərbin ağır sanksiyaları ilə üzləşib. Saytın yazdığına görə, uzun illər ərzində ABŞ tərəfindən çoxtərəfli sanksiyalara məruz qalan İran bu sanksiyalardan yayınmaq üçün xeyli "gizli yollar" yaradıb. Hazırda İran sanksiyalardan yayınmaq üçün istifadə etdiyi fırıldaqları Rusiya ilə bölüşür.

Moskva İran sistemini təqlid etməyi bacararsa, üzləşdiyi bir çox sanksiyaların təsirini azalda bilər. Xüsusilə, onun iqtisadiyyatının əsasını təşkil edən neft-qaz sektorunda etdiyi firildaqlarla buna Nail ola bilər.

Həsən Demokrat.az

D
demokrat.az