Gündəm Özəl

"Şuşanın 270 anı filmi" "Haber Global"da — VİDEO

Şuşanın 270 anı filmi Haber Globalda — VİDEO

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi -nın maliyyə dəstəyi ilə "Cəmiyyətin və Medianın İnkişafı" İB-in icra etdiyi Şuşanı tanıyaq, tanıdaq!" layihəsi çərçivəsində çəkilən "Şuşanın 270 anı" filmi Türkiyənin məşhur telekanalı Haber Global -da yayımlanacaq.

Demokrat.az filmin anonsunu təqdim edir:

Qeyd edək ki, filmin qəhrəmanı Natavan adlı 35-36 yaşlarında xanımdır. Əslən Şuşalıdır, Fransada yaşayır. Fotoqrafdır. 1992-ci ildə Şuşanın işğalı ilə taleyi dəyişən 5 yaşlı Natavan öz Vətənində xeyli müddət məcburi köçkün olub, ailəsi şəhidlər verib. 20 yaşında ikən anasını itirib, xaricə köçüb. Filmdəki hadisələr xətti Vətən Müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərdən sonra cərəyan edir. Natavan ata-baba yurdunu ziyarətə gəlib. Qəhrəmanın niyyəti tarixə toxunmaq, gerçək Qarabağ mənzərələrini və Azərbaycan həqiqətlərini “Şuşanın 270 anı” adlı foto-sərgi vasitəsilə dünyaya çatdırmaqdır. Bundan başqa, filmdə real tarixi hadisə - görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvanla məşhur fransız yazıçısı Aleksandr Düma arasında baş tutan və xan qızının qələbəsi ilə başa çatan şahmat oyunu canlandırılıb.

Leyla Demokrat.az

D
demokrat.az