Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarıtərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşıəməliyyat keçirilib.
DİN-inMətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsindənarkotik vasitələrin əldə etməsi, saxlaması və daşınmasında şübhəli bilinən rayon sakini Zəfər Qəniyev saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zamannarkotik vasitə olan heroin, marixuanavə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı Siyəzən RPŞ-dəcinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Zəfər Qəniyevin barəsində həbs qətimkan tədbiri seçilib.


