Məhkəmə Böyük Britaniya kralı III Çarlza yumurta atan gənclə bağlı qərar verib.
Demokrat.az "haberler.com"a istinadla xəbər verir ki, Böyük Britaniya kralı III Çarlz və həyat yoldaşı Kamillaya York şəhərində yumurta ilə hücum edən tələbə sərbəst buraxılıb.
Şərti girovla sərbəst buraxılan 23 yaşlı Patrik Thelvelin ictimai yerlərdə yumurta daşıması qadağan edilib.
Patrik sərbəst buraxıldıqdan sonra "Daily mirror" qəzetinə açıqlama verib:
"İnsanlar sanki dəli olmuşdu. Mənim saçlarımı yolub üzümə gülürdülər. Bu yetməzmiş kimi də ölümlə təhdid etdilər".
Qeyd edək ki, Kral cütlüyünə yumurta atan şəxs saxlanılmazdan əvvəl “Bu ölkə qulların qanı üzərində qurulub”, - deyə qışqırıb. Ətrafdakı insanlar isə “Tanrı Kralı qorusun!”, - deyərək əlahəzrəti dəstəkləyiblər. 


