Gündəm

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşdü — YENİLƏNDİ

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşdü — YENİLƏNDİ

Noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

Görüşdə ölkələrimiz arasında müttəfiqlik münasibətlərinə əsaslanan dostluq və qardaşlıq əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, bölgədə vəziyyət və təhlükəsizlik məsələləri müzakirə edilib, Soçi görüşünün nəticələri barədə fikir mübadiləsi aparılıb.

xxx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Bubarədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, görüş Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə toplantısının keçirildiyi Səmərqənd şəhərində baş tutub.

D
demokrat.az