Moldova Prezidenti Maya Sandu “Qazprom”un ölkəyə qaz tədarükünü azaltmaq qərarını siyasi qərar adlandırıb.
Demokrat.az RİA Novosti-yə istinadən xəbər verir ki, dövlət başçısı bildirib ki, Moldova qiymətlərin çox bahalaşmasına baxmayaraq qazın pulunu ödəyib, bununla belə"Qazprom" noyabrda tədarük həcmini yarıya qədər azaldıb.
Sandu qeyd edib ki, hakimiyyət təcili qaz ala bilmək üçün Avropa Komissiyasının vəd etdiyi 200 milyon avroluq yardıma ümid edir.
Qeyd edək ki, bundan əvvəl Moldovanın baş nazirinin müavini Andrey Spinu bildirmişdi ki, oktyabrda ölkə “Qazprom”dan tələb olunan qaz həcminin 70%-ni alıb, noyabrda isə tədarük həcmi Moldovanın tələbatının 51%-nə qədər azalıb. Hələ o zaman Rusiya konserni qaz həcminin azaldılması qərarının səbəblərini açıqlamamışdı.
Jalə Demokrat.az


