“Zəfər günündə cənab İlham Əliyev Şuşadan çox vacib, maraqlı bəyanatlar verdi. Ümumiyyətlə, Azərbaycan-Ermənistan münasibətlərindəki son vəziyyətlə bağlı, Ermənistanın kapitulyasiya aktı imzaladıqdan sonrakı davranışları və s. bağlı geniş açıqlamalar verdi. Onlarda da əsas diqqət çəkən məqamlardan biri Azərbaycanda müvəqqəti yerləşən rus sülhməramlıları ilə bağlı oldu. Cənab Prezident söylədi ki, rus sülhməramlıları həmin bölgəmizdə müvəqqəti yerləşiblər və onların fəaliyyəti 10 noyabr Bəyanatı ilə tənzimlənir, onların orada qalma müddəti göstərilib. Əgər kimlərsə, başqa fikirlərə düşsə, nəyəsə arxayın olsalar böyük səhv edərlər. Bununla da, cənab İlham Əliyev açıq şəkildə hər kəsə xəbərdarlığını etdi”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib Deputat vurğulayıb ki, ermənilər Azərbaycanın gücünü 44 gün ərzində gördülər və Ermənistan məcbur olaraq kapitulyasiya aktını imzaladı. “Bununla, Ermənistan məğlub olduğunu açıq etiraf etdi. Təbii ki, Ermənistan başına aşağı salıb, özünü məğlub ölkə kimi aparmalı və öz işləri ilə məşğul olmalıdır. Əgər Ermənistan yenidən revanşist meyllərə artırsa, biz ona yenə də layiqli cavabını verəcəyik. Qeyd edim ki, Azərbaycan ordusu lazımi, vacib olan yüksəkliklərdə möhkəmlənib. Həmin ərazilərdən Qafan, Gorus və digər Göyçə ətraf bölgələri də tamamilə nəzarətimizdədir. Orada hansı hərəkətlərin baş verməsini izləyirik. Əgər hər hansısa təxribatın baş verdiyini görsək, biz də adekvat addımlar atacağıq. Bu gün ordumuz gücünü durmadan artırır, yeni şərtlər diktə edirik və əsasən də, daimi və dayanıqlı sülhün əldə olunması üçün çalışırıq. Üzərimizə düşən 10 noyabr Bəyanatının bütün müddəalarına sadiqik və onların yerinə yetirilməsi üçün bütün lazımi addımları atırıq. Təəssüf ki, Ermənistandan bunu görmürk. Ümumiyyətlə, Qarabağa sülhün gəlməsi üçün Ermənistan təcili üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”.