Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviter hesabında Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib.
Demokrat.az xəbər verir ki, paylaşımda deyilir:
"9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Müstəqilliyimizin və suverenliyimizin rəmzi müqəddəs bayrağımız daim ucalarda dalğalansın".


