08 noyabr 2022-ci il tarixdə Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən , 8 Noyabr - Zəfər Günü münasibəti ilə Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsinin anım tədbiri keçirilmişdir.
Anım tədbirində Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi və Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşları , rayonun idman ictimaiyyəti , gənc idmançılar iştirak etmişdir.
Tədbir iştirakçıları “Şəhidlər” abidə kompleksini ziyarət etmiş, torpaqlarımızı düşmən tapdağından azad edərkən canını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, abidənin önünə gül dəstələri qoymuşlar.





